“Yuventus”da ağır itki
UEFA Çempionlar Liqasında "Yuventus"un "Leypsiq"lə səfər matçında zədələnən Qleyson Bremer mövsümü erkən başa vurub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində dizindən xəsarət alan futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.
27 yaşlı brazilyalı müdafiəçinin 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Bremer 2022-ci ildən “qoca sinyora”nın şərəfini qoruyur.