"Yuventus"dan "Mançester Siti"yə təklif var
"Mançester Siti"nin niderlandlı futbolçusu Ticcani Reynders yayda "Yuventus"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
27 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 45 matçda 7 qol, 8 asistlə yadda qalıb.
Qeyd edək ki, T.Reyndersin dəyəri 60 milyon avrodur.