"Yuventus"dan "Milan"da doğru
"Yuventus"un forvardı Duşan Vlahoviç yayda klubdan ayrılacaq.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, "Milan" 25 yaşlı oyunçu üçün 30 milyon avro ödəməyə hazırdır.
Lakin Turin klubu təklifi qəbul etməyib. "Qoca sinyora" Vlahoviç üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 8 qol, 2 məhsuldar ötürmə müəllifi olub.