"Yuventus"u "İnter"ə dəyişə bilər
"Yuventus"un yarımmüdafiəçisi Kefren Turam "İnter"in maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
24 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Kefrenin qardaşı Markus Turam "İnter"də forma geyinir.