"Yuventus"un Bernardo sevdası

"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Yuventus" 31 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.

B.Silvanın transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu bu mövsüm meydana çıxdığı 7 matçda 1 qol 2 asistlə yadda qalıb.