"Yuventus"un gözü o futbolçunun üzərindədir
"Yuventus" "Bornmut"u stopperi Markos Senesini heyətə cəlb etməyi planlaşdırır.
Sportline.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisinin meneceri bu həftə Turin klubunun rəhbərliyi ilə görüşəcək.
Argentina millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 4 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Senesinin dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avrodur.