Zabit Səmədov Minskdə rinqə çıxacaq

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşə hazırlaşır. SportLine.az xəbər verir ki, idmançımız Belarusun paytaxtı Minsk şəhərində rinqə çıxacaq.

Telegraf.by saytının məlumatına görə, Z.Səmədov Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq. 

Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

Günün əsas döyüşü Z.Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. E.Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.

Qeyd edək ki, Z.Səmədov da "Axmat" klubunun üzvüdür.