Zabit Səmədovdan növbəti zəfər

Azərbaycanın tanınmış döyüşçüsü, K-1 ustası Zabit Səmədov növbəti döyüşünü keçirib. SportLine.az xəbər verir ki, idmançımız fransalı Freddi Kemayo ilə qarşılaşıb. Görüş "Mauqli"nin qələbəsi ilə yekunlaşıb - 50:46.

Bununla da, Z.Səmədov “King of Kings” (KOK) versiyası üzrə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, döyüş Moskvada kikboksinq üzrə “ЖАРА Fight Show” turniri çərçivəsində reallaşıb.