"Zalsburq" "Brentford"dan 20 milyon avro tələb edir

"Brentford" Yannik Şusteri heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, "Zalsburq" bu keçid üçün qarşı tərəfdən 20 milyon avro tələb edir.

Bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Şuster cari mövsüm meydana çıxdığı 30 matçda 1 qolla yadda qalıb.