"Zaqreb Open": Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dan olan Kollin Raymond Moore ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.