Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində keçiriləcək FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.