Zehra Güneş: “Gözlə bizi, Amerika”

“Vakıfbank” və Türkiyə millisinin ulduz voleybolçusu Zehra Güneş maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, voleybolçu 2028-də ABŞ-də keçiriləcək yay Olimpiya oyunlarında millinin medal alacağına inandıqını bildirib.

“Mən əminəm ki, voleybolda ölkəmizə medal gələcək. Bu tezliklə baş verəcək. Paris Olimpiya oyunlarında yaxşı çıxış etdik. Lakin 2028-də Amerikada olacaq yarışda medalla ölkəmizə geri dönəcəyik. Buna inanıram”, – deyə Zehra Güneş bildirib.

Qeyd edək ki, Zehra Güneş daha öncə “Beşiktaş” və “İstanbul” klublarının şərəfini qoruyub.