"Zenit"in futbolçusu döyüldü
“Zenit”in futbolçusu Denis Terentyev hücuma məruz qalıb. SportLine.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.
Rus futbolçu məlumatda bildirib ki, maşın idarə edərkən önündə olan sürücü ilə mübahisə edib. Mübahisə daha da böyüyüb. Nəticədə sürücü Denisin maşınına hücum çəkərək ona yumruq zərbələri endirib.
Qeyd edək ki, D. Terentyevin mövsümün sonuna qədər yaşıl meydanlardan uzaqda qalacağı bildirilir.