"Zenit"in kubokuna göz dəydi

Rusiya kubokunu qazanan “Zenit”in futbolçuları qələbəni qeyd edərkən kuryoz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, oyunçular kuboku başları üzərinə qaldırmaq istəyərkən onu yerə salıblar. Kubok qazonun üstünə - yumşaq yerə düşsə də, kurustaldan hazırlandığı üçün sınıb.

Xatırladaq ki, bu mövsüm Premyer Liqanın da qalibi olan Sankt-Peterburq klubu kubokun finalında “Ximki”ni 1:0 udub.