Zidan milli komandaya gətirilir

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi ola bilər.

Sportline.az xəbər verir ki, təyinatın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Bu haqda "Footmercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Zidan artıq heyətlə bağlı planlar qurmaqdadır.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə təyinatın 2026-cı il Dünya çempionatından sonra reallaşacağı deyilirdi. 

Hazırda Fransa millisinin baş məşqçisi Didye Deşamdır.