Zidan millinin baş məşqçisi olacaq

Zinəddin Zidan 2026 Dünya Çempionatından sonra Fransa yığmasının baş məşqçisi olacaq.

Sportline.az xəbər verir ki, ABŞ-da keçiriləcək 2026 Dünya Çempionatından sonra Fransa millisinin sükanı Zinəddin Zidana tapşırılacaq.

Fransa Futbol Federasiyası artıq bu qərarı verib və Zidana “xəyal transferi” kimi baxır.