Zidanın oğlu karyerasını başa vurub
Zidanın böyük oğlu Enzo Zidan 29 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə Diario AS nəşri məlumat yayıb.
Enzo Zidanın son klubu "Fuenlabrada" olub. Yarımmüdafiəçi bu klubda 29 oyun keçirib və 2023-cü ildə ayrılıb. Klub tapa bilməyən Enzo karyerasını bitirmək qərarına gəlib.
O, karyerası ərzində 203 oyun keçirib və 13 qol vurub, 24 məhsuldar ötürmə edib. "Real Madrid"in əvəzedici komandasında çıxış edən futbolçu meydana çıxdığı 1 oyunda bir qol vurub. O, həmçinin "Alaves", "Lozanna", "Rayo Mayadahonda", "Aves", "Almeria" və "Rodez" klublarında da çıxış edib.