Zinəddin Zidan qayıdır
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə Fransa yığmasının baş məşqçisi qismində futbola qayıdacaq.
Sportline.az xəbər verir ki, Fransa Futbol Federasiyası artıq onunla prinsipial razılığa gəlib.
Hazırki baş məşqçi Didye Deşam 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər komandada işləyəcək.
Turnir başa çatdıqdan sonra o, vəzifəsini tərk edəcək və yerini Zidana verəcək.