"Zirə" - AZAL duelində qalib müəyyənləşmədi
Yeni mövsümünə hazırlıqlarını Bakıda davam etdirən “Zirə” və AZAL yoxlama oyununda üz-üzə gəlib. SportLine.az xəbər verir ki, paytaxt təmsilçilərinin dueli ADBTİA stadionunda baş tutub.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Bakıdakı hazırlıqları yekunlaşdıran “Zirə” sabah Türkiyəyə yollanacaq. İyulun 30-dək qonşu ölkədə toplanışda olacaq bakılılar 3 yoxlama matçı keçirəcək.