"Zirə" başsağlığı verdi

"Zirə” futbol klubu Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğınla bağlı başsağlığı verib.

SportLine.az xəbər verir ki, klubun "facebook” səhifəsində bu ifadələr yer alıb: "Zirə” PFK Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğında həlak olanların ailələrinə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını arzulayır”.

Qeyd edək ki, hadisə nəticəsində 24 nəfər həlak olub.