"Zirə" bu gündən başlayır

“Zirə” komandası bu gündən Premyer Liqanın hazırlığına başlayır.

Sportline.az xəbər verir ki, bu məqsədlə komanda karantin rejiminin tətbiq olunmadığı Qəbələyə yola düşüb.

"Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında bu gün axşamdan Qəbələdə təlim-məşq toplanışına start verəcək.