"Zirə" - "Səbail" matçında məhsuldar heç-heçə

Azərbaycan Premyer Liqasında mövsümünün bərpasına hazırlaşan “Zirə” və “Səbail” bu gün yoxlama görüşündə üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçiləri Zirə İdman Kompleksinin meydançasında qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.


10 iyun

Yoxlama görüşü

18:00. “Zirə” - “Səbail” - 2:2
Qollar:
 Ağabala Ramazanov, 10, Mfo Kqasvane, 69 – Maykl Essyen, 30, Turan Manafov, 49
Zirə İdman Kompleksinin meydançası

Qeyd edək ki, ikinci yoxlama görüşü çərçivəsində iyunun 14-də “Zirə” “Sabah”la, “Səbail” isə “Qarabağ”la qarşılaşmağı planlaşdırır.