TPL: "Zirə" - "Səbail" oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçiriləcək "Zirə" - "Səbail" matçının başlanma saatı məlum olub. SportLine.az xəbər verir ki, avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Xatırladaq ki, "Səbail" Premyer Liqanın debütantıdır. "Zirə" isə ötən mövsümü 4-cü pillədə tamamlayıb.