"Zirə" üçün əlamətdar oyunlar

Koronavirus pandemiyası üzündən dayandırılan və iyunun 21-də bərpa olunacaq Azərbaycan Premyer Liqası “Zirə” üçün ilklə əlamətdar olacaq.

Sportline.az xəbər verir ki, “qartallar” tarixində ilk dəfə çempionat matçlarını iyun və iyulda keçirəcək. Komanda mövsümün son 8 turundakı qarşılaşmalarından üçü iyun, üçü iyul ayına təsadüf edəcək.

İndiyədək Premyer Liqada 140 matça çıxan “Zirə” ilin 10 müxtəlif ayında qüvvəsini sınasa da, iyun və iyulda heç bir görüş keçirməyib.

“Qartallar” fevralda daha çox – 20, aprel və oktyabrda 18 dəfə meydana çıxıb. Ən az oyunun keçirildiyi ay isə yanvardır – 2 matç.⁣