"Zirə" və "Neftçi" qalib gəldi
Əvəzedicilərin Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib. SportLine.az xəbər verir ki, I turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Paytaxtda keçirilən hər iki qarşılaşmada qalib komanda 2 qol vurub. “Zirə” evdə, “Neftçi” isə səfərdə qalib gəlib.
Qeyd edək ki, turun digər oyunları bu gün və sabah baş tutacaq.
Əvəzedicilərin çempionatı
I tur
5 avqust
“Zirə” – “Sumqayıt” – 2:0
Muxtar Əliyev, 9, 13
AZAL – “Neftçi” – 1:2
Mahsun Qənbərli, 54 - Bahadur Həziyev, 10; Kamran Mirzəliyev, 56