"Zirə"dən ayrılacaq futbolçular bilindi

"Zirə" klubundan ayrılacaq futbolçuların adı müəyyənləşib. 

Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır. 

"Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir. 

Qapıçı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun planlarına daxil deyil. 

Qeyd edək ki, "Zirə" ilk olaraq Anastasios Papazoğlu ilə yollarını ayırmışdı. Bununla da paytaxt klubu ilə vidalaşan futbolçuların sayı 7-ə çatıb.