"Zirə"nin futbolçusu İsrail klubunda

"Zirə"dən ayrılan David Manqanın yeni iş yeri məlum olub.

 SportLine.az xəbər verir ki, afrikalı hücumçu karyerasını İsraildə davam etdirəcək. Futbolçu “Hapoel Aşkelon”la razılığa gəlib.

“Hapoel Aşkelon” hazırda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, D.Manqa "Zirə"dən əvvəl də bu komandada çıxış edib.