"Zirə"nin növbəti rəqibi

Premyer Liqa hazırlıqlarını davam etdirən "Zirə" daha bir yoxlama oyunu keçirəcək.

Sportline.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Sabah"la qarşılaşacaq. Matç iyun 13-ü saat 19:00-da "Əlincə Arena"da start götürəcək.

Qeyd edək ki, "Zirə" bundan əvvəl yoxlama oyununda "Səbail"lə bərabərə qalıb - 2:2