"Zirə"nin rəqibləri müəyyənləşdi
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama görüşlərində qarşılaşacağı rəqiblər bəlli olub. SportLine.az xəbər verir ki, Bakı klubu ilk oyununu 1-ci liqa təmsilçisi "Qaziantep Böyükşəhər Bələdiyyəsi"nə qarşı keçirəcək. İyulun 25-inə planlaşdırılan görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.
İkinci qarşılaşmada isə "Zirə" "Göztəpə" ilə üz-üzə gələcək. Bu oyun iyulun 29-na nəzərdə tutulub.