"Zirə"nin yeni transferi Hindistan klubuna keçdi
“Zirə” bu yay heyətinə qatdığı Kervens Belfort ilə yolları ayırıb.
SportLine.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, haitili hücumçu Hindistanın “Jamshedpur” klubuna keçib.
Futbolçu artıq bugün rəsmi müqaviləyə imza atıb və komanda ilə vidalaşıb.
Qeyd edək ki, K. Belfor iyunun 16-da "Zirə"yə transfer olunmuşdu.