Zirkze İngiltərə klubundan ayrılmaq istəyir

Niderland millisinin üzvü Coşua Zirkze gələcək karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, 24 yaşlı forvard "Mançester Yunayted"dən ayrılmaq niyyətindədir.

Bu haqda jurnalist Canluka Di Marzio məlumat yayıb.

Qeyd edək ki, Zirkze ilə "Roma" yaxından maraqlanırdı. Lakin İtaliya klubundan "Mançester Yunayted"ə rəsmi təklif olunmayıb.