Zirkze "Yuventus"a transfer ola bilər
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu "Yuventus"a transfer olmaq istəyir.
C.Zirkzenin dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 2 rəsmi matçda iştirak edib.