Azərbaycanlı hakim Gürcüstan - İsrail görüşünə təyinat aldı

Azərbaycanlı hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından növbəti dəvəti alıb. SportLine.az xəbər verir ki, həmvətiniz qadın voleybolçular arasında keçirilən Gümüş Avropa Liqasında iş başında olacaq. O, "B" qrupunun V turu çərçivəsində baş tutacaq Gürcüstan – İsrail oyununda ədaləti qoruyacaq. Təmsilçimiz ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın əsas hakimi isə türkiyəli İlhami Şenyurt olacaq.

Qeyd edək ki, oyun aprelin 2-də keçiriləcək.