"Azərreyl"dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Azərreyl” ortabablardan sayılan “Gəncə”ni sınağa çəkib.

Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Gəncə” rəqibinə müqavimət göstərə bilməyib. Nəticədə bölgə təmsilçisi 0:3 (21:25, 18:25, 16:25) hesabı ilə məğlub olub.

Bu qələbə sayəsində xallarının sayını 18-ə yüksəldən “Azərreyl” “Abşeron”la birlikdə turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 9 xalda qalıb.