"Bayer" London səfərinə belə yollanıb

UEFA Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 final həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, bu gecə yarımfinalçıların adına aydınlıq gətiriləcək.

Yarışın favorilərindən sayılan "Bayer" yarımfinala adlamağa yaxındır.

Leverkuzenlilər bunun üçün "Vest Hem"lə ilk görüşdəki 2-0 hesablı üstünlüyü qorumalıdırlar. 

Londonlulardan Emerson və Paketa cəzalı olduğu üçün oyunu buraxacaq.

Qonaqlarda isə İqlesias və Hlozek zədə səbəbindən Xabi Alonsonun ixtiyarında olmayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.