Benzema mövzusuna son qoyuldu

Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, onun "Əl-İttihad"dan ayrılacağı ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

Nüfuzlu "L`Equipe" nəşrinin yaydığı xəbərə görə, təcrübəli hücumçu bu günlərdə Fransadan Səudiyyə Ərəbistanına qayıdacaq.

Onun iki həftə ərzində Vətənindən geri dönə bilməməsi əlverişsiz hava şəraiti ilə izah edilib.

Qeyd edək ki, 36 yaşlı futbolçu ötən ilin yayında "Real"dan "Əl-İttihad"a transfer olunmuşdu.