"Beşiktaş" klubu baş məşqçi axtarışlarını davam etdirir

"Beşiktaş" klubu baş məşqçi axtarışlarını davam etdirir .

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qar-qartallar" Yürqen Klopun köməkçisi Pepyan Lynderslə maraqlanırlar.

"Beşiktaş" rəsmiləri köməkçi məşqçinin komanda üçün əsasn namizədlər siyahısında yer aldığını bildiriblər. 

Qeyd edək ki, 2018-ci ildən bu yana Yürqen Klopun yanında köməkçi məşqçilik edən Pepyan Lynders məsələ ilə bağlı açıqlama verməkdən yayınıb.