BOK Putinə cavab verdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya prezidenti Vladimir Putinin Olimpiya Oyunlarından «rusların etnik ayrıseçkiliyi» vasitəsi kimi istifadə edilməsi barədə bəyanatını cavablandırıb.

Sportline.az AFP agentliyinə istinadla xəbər verir ki, bəyanatda bildirilir:

"Olimpiya Oyunlarında iştirakın insan hüquqlarına aidiyyatı yoxdur. Bu yaxınlarda Olimpiya Xartiyasına edilən düzəliş də bununla bağlı deyil... Biz "etnik ayrıseçkilik"lə bağlı irəli sürülən ittihamları qətiyyətlə rədd edirik".

Qeyd edək ki, Vladimir Putin oktyabrın 19-da keçirilən «Rusiya idman gücüdür» forumundakı çıxışında Olimpiya oyunlarının  «siyasətlə heç bir əlaqəsi olmayanlara siyasi təzyiq vasitəsi kimi» istifadə edilə biləcəyindən narahatlığını bildirmişdi.