Çempionlar Liqası: "Atletiko" və "Barselona"dan qələbə

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Sportline.az xəbər verir ki, ilk görüşlər çərçivəsində keçirilən oyunlarda “Barselona” Fransada PSJ-yə, “Atletiko” isə doğma meydanda Dortmund “Borussiya”sına qalib gəlib. Qeyd edək ki, mərhələnin ilk oyun günündə keçirilən görüşlərdə “Real”la “Mançester Siti” ilə 3:3, “Arsenal” isə “Bavariya” ilə 2:2 hesablı heç-heçə edib.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1

Qollar: Rodriqo de Paul, 5, Samuel Lino, 32 - Sebastien Alle, 81

Baş hakim: Marko Quida (İtaliya)

Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:3

Qollar: Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37, 62, Andreas Kristensen, 77

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris, “Park De Prens” stadionu