ÇL: Madrid və Londonda məhsuldar bərabərliklər

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə keçirilən oyunlar məhsuldarlığı ilə diqqət çəkib.

İki qarşılaşmada qapılara ümumilikdə 10 qol vurulub. 

Bu cütlərdə cavab oyunları aprelin 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 3:3
Qollar: 
Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71

Baş hakim: Fransois Letexye (Fransa)

Madrid, “Santyaqo Bernabeu” stadionu

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 2:2
Qollar: Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.)
Baş hakim: Qlenn Nuberq (İsveç)
London, “Arsenal” stadionu