Davinson Sançes "Qalatasaray"dan ayrıla bilər

Davinson Sançes "Qalatasaray"dan ayrıla bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, kolmubiyalı müdafiəçi mövsüm sonunda "sarı-qırmızlar"ı tərk etmək barədə düşünür. 

27 yaşlı mərkəz müdafiəçisinin inamlı çıxışı İtaliyanın "Napoli" klubunu hərəkətə keçirib.Davison Sançes də yenidən Avropa klublarından birində çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" rəsmiləri təcrübəli müdafiəçi üçün tələb olunan məbləğin təklif olunması halında keçidə icazə verəcəklərini deyiblər.