Dünyanın ən sərt atmosferə sahib olan stadionları açıqlanıb

İspaniyanın “Marca” nəşri dünyanın ən sərt atmosferinə sahib olan 10 stadionu sıralayıb.

Sportline.az xəbər verir ki, Marca.com-un tətbiq etdiyi siyahıda ilk yeri İstanbulun "Rams Park" arenası tutur.

Həmin siyahını tam olaraq təqdim edirik.
1.”Qalatasaray” (Rams Park) 6.43 xal
2.”Borussiya Dortmund” (Siqnal İduna Park) 6.4 xal
3.”Srvena Zvezda” (Rayko Mitiç Stadionu) 6.32 xal
4.”Marsel” (Velodrom) 6.14 xal
5.”Seltik” (Seltik Park) 5.86 xal
6.”Atletiko Madrid” (Metropolitano) 5.82 xal
7.”Liverpul” (Enfild Road) 5.79 xal
8.”Feyenoord” (De Kuip) 5.75 xal
9.”İnter”, “Milan” (San Siro və ya Cüzeppe Myatza) 5.51 xal
10.”Bavariya” (Allianz Arena) 5.28 xal.