"Lion" yeni futbolçusunu təqdim etdi

Fransanın "Lion" klubu yeni futbolçusunu təqdim edib.

Sportline.az xəbər verir ki, lionlular Nemanya Matiçin transferini rəsmiləşdiriblər.

Bu haqda klubun rəsmi saytında məlumat verilib.

2,6 milyon avroya transfer olunan futbolçu ilə 2026-cı ilin iyulunadək müqavilə bağlanılıb.

Qeyd edək ki, Matiçin son klubu "Renn" olub.