Luis Enrikedən aqressiv cavab

PSJ-nin baş məşqçisi Luis Enrike "Barselona" ilə oyundakı start heyəti ilə bağlı sualı aqressiv qarşılayıb.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis Uorren Zairi-Emerini deyil Marko Asensionu meydana buraxmasının hansı səbəbdən qaynaqlandığını belə izah edib: "Niyə Asensioya güvəndim? Çünki buna mən cavabdehəm. Buradakıların arasında da yeganə məşqçi məhz mənəm. Kimin daha hazırlıqlı olduğunu da mən bilirəm. Bəli, uduzmuşuq. Amma mən anadangəlmə idmançıyam. Və rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma arenada "Barselona"ya 2-3 hesabı ilə uduzub.