Luka Modriç "Real"la bağlı qərarsızdır

Luka Modriçin "Real"dan ayrılacağı ilə bağlı xəbərlər təsdiqini tapmır.

Sportline.az xəbər verir ki, xorvatiyalı futbolçu madridlilərlə yola davam etmək niyyətindədir.

Bu haqda "Football Espana" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, start heyətdə yer almaqda çətinlik çəkən yarımmüdafiəçi çıxış yolunu Madridi tərk etməkdə görmür.

O, növbəti mövsümü də Kral klubunun forması ilə keçirməyi planlaşdırır.

Qeyd edək ki, Modroçin bu ilin yayınadək "Real"la müqaviləsi var.