Mbappe Fransa millisinin AVRO-2024 hədəfini açıqladı

Fransa millisinin hücumçusu Kilian Mbappe komandasının qarşıdakı Avropa çempionatı üçün hədəflərindən söz açıb.

Sportline.az xəbər verir ki, PSJ-nin futbolçusu Almaniyaya ən yüksək vəzifəni yerinə yetirmək üçün yollanacaqlarını bildirib.

"Fransa Avropa çempionatının ən vacib komandalarından biridir. Bütün komanda üzvləri yarışa hazırdırlar və özgüvənləri qaydasındadır. Hədəfimiz Avropa çempionluğudur", deyə Mbappe "GQ Sports"a fikrini açıqlayıb.

Qeyd edək ki, Fransa millisi D qrupunda Niderland, Avstriya və A yolu ilə keçid oyunlarının qalibi ilə mübarizə aparacaq.