Mbappedən maraqlı açıqlama

PSJ-nin hücumçusu Kilian Mbappe maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, ulduz forvard futbolu basketbolla müqayisə edib.

O, mövsüm ərzində keçirilən oyun sayından narazılığını bu şəkildə bildirib.

"Biz mövsümdə 70 oyun keçirilən NBA-ya yaxınlaşırıq. Şəxsən mən çox oynamağın əleyhinə deyiləm. Amma, bu halda biz azarkeşləri hər oyunda sevindirə bilməyəcəyik. Buna fiziki cəhətdən çatdırmaq çətin olacaq", - deyə o, "GO"ya açıqlamasında fikrini izah edib.