Mbappenin "Real"a keçidi ilə bağlı daha bir açıqlama

Kilian Mbappenin "Real"a transferi ilə bağlı məsələ yenə də gündəmin əsas mövzularındandır.

Sportline.az xəbər verir ki, PSJ-nin keçmiş qadın futbolçusu və indiki səfiri Laura Bullo Kilianın mövsümün sonunda "Real"a keçəcəyi haqqında ciddi mənbələrdən malumat aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl bir sıra mənbələr də fransalı futbolçunun madridlilərlə tam razılaşdığını və yaxın vaxtlarda müqavilənin imzalacağını bildirsə də, hələlik transferlə bağlı heç bir açıqlama verilməyib.