"Oskar" laureatı BOK-da

Israil Milli Olimpiya Komitəsinin prezidenti Yael Arad və məşhur malaziyalı aktrisa Mişel Yeo Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib.

Sportline.az xəbər verir ki, BOK-un Hindistanın Mumbai şəhərində keçirilən 141-ci sessiyasındakı seçkilərin nəticələrinə əsasən, sözügedən şəxslərlə yanaşı Beynəlxalq Stolüstü Tennis Federasiyasının rəhbəri Pyotr Serlinq, Beynəlxalq Konkisürənlər Birliyinin prezidenti Kim Jae Yel, Tunis Milli Olimpiya Komitəsinin rəhbəri Mehrez Bussaen, Macarıstanın Beynəlxalq Idman Tədbirləri üzrə Dövlət katibi Balaj Fyes də ali idman qurumunun üzvü olub.

Qeyd edək ki, məşhur aktrisa Mişel Yeo 2023-ci ildə "Hər şey hər yerdə və dərhal" filmindəki roluna görə «Oskar» mükafatına layiq görülüb