Portuqaliyalı ulduz 10 milyon avro təzminat aldı

Portuqaliyalı ulduz  10 milyon avro təzminat alıb.

Sportline.az Ntvsport.net-ə istinadla xəbər verir ki, Kriştianu Ronaldu "Yuventus"dan ayrıldıqdan sonra  10 milyon avroluq təzminatı ala bilmədiyi üçün məhkəməyə şikayət etmişdi. 

İtaliya məhkəməsindən verilən qərara görə futbolçunun hqlı olduğu məlum olub və Kriştianu Ronalduya 10 milyon avro dəyərində təzminat ödənilib. 

Qeyd edək ki, "Yuventus" klubu 10 milyon avrodan əlavə olaraq ödənməyən günlər üçün də futbolçuya faiz ödəməli olacaq.